Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,8% yüksəlib
# 12 aprel 2012 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 805 bəndədək, S&P 500 0,7% - 1 369 bəndədək, Nasdaq 0,8% - 3 017 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların yüksəlməsinə həm makroiqtisadi göstəricilər, həm də korporativ xəbərlər təsir edib. Belə ki, mart ayında işgüzarlıq fəallığı indeksi artıb və bundan başqa «Alcoa» şirkətinin hesabatının proqnozlardan daha müsbət olması bazarda yüksəldici dinamika yaradıb.

Avropa fond bazarlarında aprelin 11-də FTSE 100 indeksi 0,7% - 5 635 bəndədək, Almaniya DAX-ı 1,0% - 6 775 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 238 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 660,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3133 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR