Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,4%, Nasdaq 0,4% enib
# 19 aprel 2012 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 033 bəndədək, S&P 500 0,4% - 1 385 bəndədək, Nasdaq 0,4% - 3 032 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında aprelin 18-də FTSE 100 indeksi 0,4% - 5 745 bəndədək, Almaniya DAX-ı 1,0% - 6 732 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 240 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 639,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3114 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR