Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,8% enib
# 20 aprel 2012 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 964 bəndədək, S&P 500 0,6% - 1 377 bəndədək, Nasdaq 0,8% - 3 008 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə mənfi makroiqtisadi göstəricilər təsir edib. Belə ki, daşınmaz əmlak bazarı, əmək bazarı barədə statistik məlumatlar proqnozlardan daha zəif olub.

Avropa fond bazarlarında aprelin 19-da FTSE 100 indeksi 0,02% - 5 745 bəndədək, Almaniya DAX-ı 0,8% - 6 677 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 174 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 644,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3145 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR