Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,2% enib
# 23 aprel 2012 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 029 bəndədək, S&P 500 0,1% - 1 379 bəndədək yüksəlib, Nasdaq 0,2% - 3 000 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına əsasən korporativ hesabat və xəbərlər təsir edib. Belə ki, bir sıra iri şirkətlərin müsbət hesabatları Dow Jones və S&P 500 indekslərinin yüksəlməsinə, «Apple» şirkətinin səhmlərinin kəskin ucuzlaşması isə Nasdaq indeksinin enməsinə səbəb olub.

Avropa fond bazarlarında aprelin 20-də FTSE 100 indeksi 0,5% - 5 772 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 750 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 189 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 642,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3219 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR