Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib
# 24 aprel 2012 13:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun ümumi həcmi 30 mln. manat təşkil edən AZ200500868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, hərracda 4 investor iştirak edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 32,663 mln. manat təşkil edib. Nəticədə, hərraca çıxarılmış 3 mln. manatlıq həcm tam yerləşdirilib.

Bu istiqrazların ödəmə tarixi 2022-ci ilin yanvarın 22-dir. Bildirək ki, bu istiqrazların yerləşdirilməsinə martın 15-də başlanılıb və beləliklə hərraclarda bu günədək 8 mln. manat həcmində istiqraz yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR