Bank Of Baku

BFB-də növbəti not buraxılışı yerləşdirilib

BFB-də növbəti not buraxılışı yerləşdirilib
# 25 aprel 2012 14:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50101734S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan «APA-Economics»ə verilən məlumata görə, hərracda iştirak edən iki investor tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 30 031 800 manat təşkil edib.

Sifarişlər 99,8981% (gəlirlik 1,31%) və 99,8911% (gəlirlik 1,40%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99,8950% (gəlirlik 1,35%), orta ölçülmüş qiyməti 99,8955% (gəlirlik 1,34%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 20 mln. manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi mayın 23-dür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR