Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,1% yüksəlib
# 02 may 2012 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 279 bəndədək, S&P 500 0,6% - 1 406 bəndədək, Nasdaq isə 0,1% - 3 050 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə ölkədə işgüzar fəallığı indeksinin aprel ayında 1,4% artması barədə məlumat təsir edib.

Avropa fond bazarlarında mayın 1-də FTSE 100 indeksi 1,3% - 5 812 bəndədək yüksəlib. Almaniya və Fransa fond bazarları bayramlarla əlaqədar işləməyib. Əvvəlki günün nəticəsində Almaniya DAX-ı 0,6% - 6 761 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 213 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 660,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3226 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR