Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9997, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9997, AMFBI indeksi 1,0001 təşkil edib
# 03 may 2012 09:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq may ayının 3-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0003 bənd və ya 0,03% azalaraq 0,9997 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

Mayın 2-də bir not buraxılışı dövriyyədən çıxarılıb və bir buraxılış yerləşdirilib. Hər iki buraxılışın həcmi eyni olduğundan, bazarın kapitallaşmasında dəyişiklik baş verməyib. Lakin yerləşdirilən buraxılışın gəlirliyi dövriyyədən çıxarılan buraxılışın gəlirliyindən daha yüksək olması nəticəsində ACBDI indeksində kiçik azalma baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR