Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,6%, Nasdaq 2,3% enib

Dow Jones indeksi 1,3%, S&P 500 1,6%, Nasdaq 2,3% enib
# 07 may 2012 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 4-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 13 038 bəndədək, S&P 500 1,6% - 1 369 bəndədək, Nasdaq isə 2,3% - 2 956 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əmək bazarı barədə zəif göstəricilər təsir edib.

Avropa fond bazarlarında mayın 4-də FTSE 100 indeksi 1,9% - 5 655 bəndədək, Almaniya DAX-ı 2,0% - 6 562 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 162 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 639,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2978 (-1,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR