Bank Of Baku

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,04%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,04%, Nasdaq 0,1% yüksəlib
# 08 may 2012 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 009 bəndədək enib, S&P 500 0,04% - 1 370 bəndədək, Nasdaq isə 0,1% - 2 958 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən xarici siyasi amillər, o cümlədən Fransanın yeni prezidentinin seçilməsi, Yunanıstanda parlament seçkilərində heç bir partiyasının səs çoxluğunu toplaya bilmədiyi xəbərlər təsir edib.

Avropa fond bazarlarında mayın 5-də FTSE 100 indeksi 1,9% - 5 655 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 6 570 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 107 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 637,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3031 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR