Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,04% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3% yüksəlib, Nasdaq 0,04% enib
# 11 may 2012 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 855 bəndədək, S&P 500 0,3% - 1 358 bəndədək yüksəlib, Nasdaq isə 0,04% - 2 934 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayının azalması barədə məlumatlar təsir edib.

Avropa fond bazarlarında mayın 10-da FTSE 100 indeksi 0,3% - 5 544 bəndədək, Almaniya DAX-ı 0,7% - 6 518 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 125 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 586,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2924 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR