Bank Of Baku

BFB-da Mərkəzi Bankın 20 mln. manatlıq not emissiyası yerləşdirilib

BFB-da Mərkəzi Bankın 20 mln. manatlıq not emissiyası yerləşdirilib
# 11 may 2012 07:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50101934S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan «APA-Economics»ə verilən məlumata görə, hərracda 5 investor iştirak edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği 36 036 200 manat təşkil edib. Sifarişlər 99,9138% (gəlirlik 1,15%) və 99,8877% (gəlirlik 1,50%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99,8891% (gəlirlik 1,48%), orta ölçülmüş qiyməti 99,8955% (gəlirlik 1,39%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 302 500 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 mln. manat məbləğində müəyyənləşdirilib. Notların ödəmə tarixi iyunun 6-na təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR