Bank Of Baku

AGBI indeksi 0,9459, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9459, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 14 may 2012 06:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0542 bənd və ya 5,4% azalaraq may ayının 14-nə 0,9459 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0130 bənd və ya 1,3% azalıb və 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması dövlət istiqrazlarının bazar kapitallaşmasının azalması səbəbindən baş verib. Belə ki, mayın 11-də dövlət istiqrazlarının iki buraxılışı dövriyyədən çıxarılıb.

AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR