Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,3% enib, Nasdaq 0,01% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,3% enib, Nasdaq 0,01% yüksəlib
# 14 may 2012 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 821 bəndədək, S&P 500 0,3% - 1 353 bəndədək enib, Nasdaq isə 0,01% - 2 934 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına «JP Morgan» bankının 2 mlrd. dollar həcmində itkilərə məruz qalması və istehlakçıların ölkə iqtisadiyyatına etimad indeksinin artması barədə məlumatlar təsir edib.

Avropa fond bazarlarında mayın 11-də FTSE 100 indeksi 0,6% - 5 576 bəndədək, Almaniya DAX-ı 1,0% - 6 580 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,01% - 3 130 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 581,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2889 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR