Bank Of Baku

Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,1% enib
# 15 may 2012 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 12 695 bəndədək, S&P 500 1,1% - 1 339 bəndədək, Nasdaq isə 1,1% - 2 903 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə xarici amillər təsir edib. Xüsusən, maliyyə bazarlarına Yunanıstanda hələ də hökumətin formalaşmasının mümkün olmaması mənfi təsir edir.

Avropa fond bazarlarında mayın 14-də FTSE 100 indeksi 2,0% - 5 466 bəndədək, Almaniya DAX-ı 1,9% - 6 452 bəndədək, Fransa CAC-40-ı 2,3% - 3 058 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% azalaraq 1 554,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2827 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR