Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,3% enib
# 16 may 2012 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 12 632 bəndədək, S&P 500 0,6% - 1 331 bəndədək, Nasdaq isə 0,3% - 2 894 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına daxili makroiqtisadi göstəricilər müsbət, Yunanıstanda siyasi böhran isə mənfi təsir edib. Belə ki, illik inflyasiya apreldə 0,4 faiz bəndi azalaraq 2,3%-ə çatıb, pərakəndə ticarət dövriyyəsinin həcmi apreldə 0,1% artıb, yaşayış evləri bazarının indeksi mayda 5 bənd artaraq 29-a çatıb.

Avropa fond bazarlarında mayın 15-də FTSE 100 indeksi 0,7% - 5 431 bəndədək, Almaniya DAX-ı 0,9% - 6 393 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 036 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% azalaraq 1 534,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2709 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR