Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 15 mln. manatlıq notları yerləşdirilib
# 16 may 2012 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50102034S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 15 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 48 054 600 manat təşkil edib. Sifarişlər 99,8951% (gəlirlik 1,35%) – 99,8836% (gəlirlik 1,50%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8912% (gəlirlik 1,40%), orta ölçülmüş qiyməti isə 99,8938% (gəlirlik 1,37%) səviyyəsində müəyyənləşdirilib.

Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci il iyunun 13-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR