Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,4%, Nasdaq 0,7% enib
# 17 may 2012 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 599 bəndədək, S&P 500 0,4% - 1 325 bəndədək, Nasdaq isə 0,7% - 2 874 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə Yunanıstanda siyasi böhran təsir edib.

Avropa fond bazarlarında mayın 16-da FTSE 100 indeksi 0,6% - 5 405 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 384 bəndədək enib, Fransa CAC-40-ı 0,3% - 3 049 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 547,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2741 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR