Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,5%, Nasdaq 2,1% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,5%, Nasdaq 2,1% enib
# 18 may 2012 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 17-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 12 423 bəndədək, S&P 500 1,5% - 1 305 bəndədək, Nasdaq isə 2,1% - 2 814 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə həm daxili statistika, həm də Avropadan qeyri-müəyyən xəbərlər təsir edib. Daxili statistikadan ötən həftə ərzində işsizlik üzrə müraciətlərin sayı əvvəlki həftəyə nisbətən dəyişməz qalmasını və qabaqlayıcı iqtisadi göstəricilərin indeksi apreldə 0,1% azalmasını qeyd etmək olar. Bundan başqa Yunanıstanın iqtisadi və siyasi problemlərinin digər Avropa ölkələrinə “domino effekti” kimi yayılmaq ehtimalı investorları satılmaların artırılmasına vadar etmək.

Avropa fond bazarlarında mayın 17-də FTSE 100 indeksi 1,2% - 5 338 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 309 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 012 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% azalaraq 1 574,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2677 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR