Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,2% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,2% enib
# 21 may 2012 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 12 369 bəndədək, S&P 500 0,7% - 1 295 bəndədək, Nasdaq isə 1,2% - 2 779 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsi ardıcıl 6 gün davam edir ki, bunun əsas səbəbləri xarici amillərdir. O cümlədən, Yunanıstanın reytinqinin növbəti dəfə endirilməsi, İspaniyanın 16 bankının reytinqlərinin endirilməsi mayın 18-də fond bazarlarında mənfi tendensiyalara səbəb olub.

Avropa fond bazarlarında mayın 18-də FTSE 100 indeksi 1,3% - 5 268 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 271 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 008 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 597,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2793 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR