Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib
# 21 may 2012 13:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun ümumi həcmi 30 mln. manat təşkil edən, AZ200500868 seriyalı faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb.

Hərracda iştirak edən 2 investor tərəfindən təqdim olunan sifarişlərin nominal üzrə ümumi məbləği 29,802 mln. manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.

Qeyd edək ki, bu istiqrazların yerləşdirilməsinə martın 15-də başlanılıb və beləliklə buraxılışın 14 mln. manatlıq hissəsi artıq yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR