Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,6%, Nasdaq 2,5% yüksəlib

Dow Jones indeksi 1,1%, S&P 500 1,6%, Nasdaq 2,5% yüksəlib
# 22 may 2012 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 21-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 12 505 bəndədək, S&P 500 1,6% - 1 316 bəndədək, Nasdaq isə 2,5% - 2 847 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsi əsasən texniki səbəblərlə bağlı olub. Belə ki, son günlərdə səhmlərin ucuzlaşmasından sonra ucuzlaşmış səhmlərə maraq artıb.

Avropa fond bazarlarında mayın 21-də FTSE 100 indeksi 0,7% - 5 305 bəndədək, Almaniya DAX-ı 1,1% - 6 340 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 027 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 590,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2786 (-0,04%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR