İyunun 4-də Azərbaycan İpoteka Fondunun istiqraz emissiyasının növbəti tranşı hərraca çıxarılacaq

İyunun 4-də Azərbaycan İpoteka Fondunun istiqraz emissiyasının növbəti tranşı hərraca çıxarılacaq
# 01 iyun 2012 14:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Birjadan «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqrazlar çıxarılacaq.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100,6750% qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 2022-ci il yanvarın 22-dir. Həmin buraxılışın həcmi 30 mln. manat, hazırda yerləşdirilmiş hissəsi isə 14 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR