Bank Of Baku

Dow Jones indeksi 0,4% yüksəlib, S&P 500 0,01%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,4% yüksəlib, S&P 500 0,01%, Nasdaq 0,5% enib
# 08 iyun 2012 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 12 461 bəndədək yüksəlib, S&P 500 0,01% - 1 315 bəndədək, Nasdaq isə 0,5% - 2 831 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin çıxışı təsir edib. Belə ki, B.Bernanke öz çıxışında ölkə FES tərəfindən iqtisadiyyatın stimullaşdırılması üzrə əlavə hər hansı tədbirlərdən danışmayıb və bu, bazarda müəyyən dərəcədə mənfi dinamika yaradıb.

Avropa fond bazarlarında iyunun 7-də FTSE 100 indeksi 1,2% - 5 448 bəndədək, Almaniya DAX-ı 0,8% - 6 144 bəndədək, Fransa CAC-40-ı 0,4% - 3 071 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 3,3% azalaraq 1 568,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2521 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR