Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 1,0% yüksəlib

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 1,0% yüksəlib
# 11 iyun 2012 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 554 bəndədək, S&P 500 0,8% - 1 326 bəndədək, Nasdaq isə 1,0% - 2 858 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əsasən xarici amillər təsir edib. O cümlədən, İspaniyanın maliyyə sektoruna Avropa ittifaqı tərəfindən dəstək verilməsi ehtimalları investorlara müsbət təsir göstərib.

Avropa fond bazarlarında iyunun 8-də FTSE 100 indeksi 0,2% - 5 435 bəndədək, Almaniya DAX-ı 0,2% - 6 131 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 052 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,0% artaraq 1 599,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2631 (+0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR