Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,2% enib, Nasdaq 0,02% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,2% enib, Nasdaq 0,02% yüksəlib
# 21 iyun 2012 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 12 824 bəndədək, S&P 500 0,2% - 1 356 bəndədək enib, Nasdaq isə 0,02% - 2 931 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına Federal Ehtiyat Sisteminin iclasının nəticələri təsir edib. Belə ki, Federal Ehtiyat Sistemi ölkədə iqtisadi artım üzrə proqnozunu azaldıb, işsizlik üzrə proqnozunu isə artırıb.

Avropa fond bazarlarında iyunun 20-də FTSE 100 indeksi 0,6% - 5 622 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 392 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 127 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 603,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2673 (+0,01%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR