Azərbaycanda dövlət istiqrazlarının emissiyası yerləşdirilib

Azərbaycanda dövlət istiqrazlarının emissiyası yerləşdirilib
# 22 iyun 2012 14:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0102005357 seriyalı dövlət qısamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 1 005 500 manat təşkil edib. Sifariş 99,38% (gəlirlik 2,5%) qiymətdə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 005 500 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci il sentyabrın 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR