Dow Jones indeksi 0,3%, S&P 500 0,5%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,5%, Nasdaq 0,6% yüksəlib
# 27 iyun 2012 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyunun 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 12 535 bəndədək, S&P 500 0,5% - 1 320 bəndədək, Nasdaq isə 0,6% - 2 854 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə ölkənin daşınmaz əmlak bazarı üzrə müsbət statistika göstəriciləri təsir edib.

Avropa fond bazarlarında iyunun 25-də FTSE 100 indeksi 0,1% - 5 447 bəndədək, Almaniya DAX-ı 0,1% - 6 137 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 013 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 573,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2501 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR