Bank Of Baku

BFB-da DQİ yerləşdirilməsi üzrə keçirilən daha bir hərrac baş tutmayıb

BFB-da DQİ yerləşdirilməsi üzrə keçirilən daha bir hərrac baş tutmayıb
# 05 iyul 2012 07:04 (UTC +04:00)
Bakı – APA-Economics. Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0101007364 seriyası ilə dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məluata görə, sifariş 1 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 500,5 min manat təşkil edib. Sifariş 99,86% (gəlirlik 1,46%) qiyməti ilə təqdim olunub.

Sifariş emitenti qane etmədiyinə görə hərrac baş tutmamış hesab olunub və sifariş təmin olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR