Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 10 mln. manatlıq not emissiyası yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 10 mln. manatlıq not emissiyası yerləşdirilib
# 11 iyul 2012 14:11 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102834S seriyalı, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi məbləği 24 024 500 manat təşkil edib. Sifarişlər 99,8888% (gəlirlik 1,43%) – 99,8989% (gəlirlik 1,30%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 99,8888% (gəlirlik 1,43%), orta ölçülmüş qiyməti isə 99,8913% (gəlirlik 1,40%) səviyyəsində müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 10,0 mln. manat məbləğində müəyyən olunub.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən avqustun 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR