Bank Of Baku

Bu gün BFB-da 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 2 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 13 iyul 2012 14:47 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106003350 seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifariş nominal üzrə məbləği 4 mln. manat təşkil edib. Sifarişlər 100,00% və 100,15% qiyməti ilə təqdim olunub. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə gəlirlik illik 5% təşkil edir.

Qeyd edək ki, bu istiqraz emissiyası üzrə öhdəliklər emitent tərəfindən 2015-ci il iyulun 10-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR