Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının qısamüddətli notları yerləşdirilib

BFB-də Azərbaycan Mərkəzi Bankının qısamüddətli notları yerləşdirilib
# 19 iyul 2012 10:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İyulun 18-də Bakı Fond Birjasında Mərkəzi Bankın 50102934S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. , bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

«APA-Economics»in məlumatına görə, hərracda 3 investor iştirak edib, sifarişlərin nominal üzrə ümumi məbləği 28 mln. 523,4 min manat təşkil edib. Sifarişlər 99,8864% (gəlirlik 1,46%) və 99,8989% (gəlirlik 1,30%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99,8864% (gəlirlik 1,46%), orta ölçülmüş qiyməti 99,8922% (gəlirlik 1,39%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 20 mln. manat məbləğində müəyyən edilib. Notların ödəmə tarixi 15 avqust 2012-ci ildir. Notların mülkiyyət hüquqlarının uçotu BFB-nin depozitarisində aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR