Bank Of Baku

BBVB-nin valyuta dövriyyəsi son bir ildə 25% azalıb

BBVB-nin valyuta dövriyyəsi son bir ildə 25% azalıb
# 24 iyul 2012 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 384,848 mln. manat təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 126,377 mln. manat və ya 24,7% azalıb. Belə ki, ötən ilin yanvar-iyun ayları ərzində əməliyyatların həcmi 511,225 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin iyun ayında xarici valyutalar üzrə elektron ticarətin həcmi 79,667 mln. manat təşkil edib. Bu isə əvvəlki aya nisbətən 4% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR