Bank Of Baku

Dow Jones indeksi 1,7%, S&P 500 1,7%, Nasdaq 1,4% yüksəlib

Dow Jones indeksi 1,7%, S&P 500 1,7%, Nasdaq 1,4% yüksəlib
# 27 iyul 2012 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyulun 26-da Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 12 888 bəndədək, S&P 500 1,7% - 1 360 bəndədək, Nasdaq isə 1,4% - 2 893 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə Mario Draqanın rəhbərlik etdiyi Avropa Mərkəzi Bankı tərəfindən avronun vahid Avropa valyutası kimi saxlanması üçün bütün tədbirlərin görüləcəyi ilə bağlı bəyanat təsir edib.

Avropa fond bazarlarında iyulun 26-da FTSE 100 indeksi 1,3% - 5 571 bəndədək, Almaniya DAX-ı 2,4% - 6 562 bəndədək, Fransa CAC-40-ı 3,7% - 3 194 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% azalaraq 1 619,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2283 (+0,01%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR