Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,9%, Nasdaq 2,2% yüksəlib

Dow Jones indeksi 1,5%, S&P 500 1,9%, Nasdaq 2,2% yüksəlib
# 30 iyul 2012 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyulun 27-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 13 076 bəndədək, S&P 500 1,9% - 1 386 bəndədək, Nasdaq isə 2,2% - 2 958 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-da fond indekslərinin yüksəlməsinə xarici amillər təsir edib. Belə ki, Avropa Mərkəzi Bankı İtaliya və İspaniyanın dövlət istiqrazlarının alınması barədə bəyanat yayıb və bu, bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında iyulun 27-də FTSE 100 indeksi 1,0% - 5 627 bəndədək, Almaniya DAX-ı 1,6% - 6 689 bəndədək, Fransa CAC-40-ı 2,7% - 3 280 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 626,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2289 (+0,05%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR