Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,2% enib
# 01 avqust 2012 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. İyulun 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 009 bəndədək, S&P 500 0,4% - 1 379 bəndədək, Nasdaq isə 0,2% - 2 940 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına bir neçə amil təsir edib. Belə ki. Avropada qeyri-müəyyənlik bazara mənfi, ölkədə istehlak gəlirlərinin artması xəbəri isə müsbət təsir edib, lakin yekun dinamika mənfi olub.

Avropa fond bazarlarında iyulun 31-də FTSE 100 indeksi 1,0% - 5 635 bəndədək, Almaniya DAX-ı 0,03% - 6 772 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 292 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 617,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2295 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR