Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8%, Nasdaq 0,4% enib
# 03 avqust 2012 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 2-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 12 879 bəndədək, S&P 500 0,8% - 1 365 bəndədək, Nasdaq isə 0,4% - 2 910 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə xarici amillər təsir edib.

Avropa fond bazarlarında avqustun 2-də FTSE 100 indeksi 0,9% - 5 665 bəndədək, Almaniya DAX-ı 2,3% - 6 600 bəndədək, Fransa CAC-40-ı 2,7% - 3 233 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 592,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2177 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR