Bank Of Baku

Dow Jones indeksi 1,7%, S&P 500 1,9%, Nasdaq 2,0% yüksəlib

Dow Jones indeksi 1,7%, S&P 500 1,9%, Nasdaq 2,0% yüksəlib
# 06 avqust 2012 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 3-də Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 13 096 bəndədək, S&P 500 1,9% - 1 391 bəndədək, Nasdaq isə 2,0% - 2 968 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə əmək bazarı barədə müsbət statistika təsir edib. Belə ki, ölkə iqtisadiyyatının qeyri-aqrar sahələrində iş yerlərin sayı iyul ayında 163 min artıb ki, bu da proqnozlardan daha yüksək olub və nəticədə işsizlik səviyyəsi 0,1 faiz bəndi azalaraq 8,2%-ə enib.

Avropa fond bazarlarında avqustun 3-də FTSE 100 indeksi 2,2% - 5 787 bəndədək, Almaniya DAX-ı 3,9% - 6 866 bəndədək, Fransa CAC-40-ı 4,4% - 3 374 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% artaraq 1 608,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2391 (+1,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR