Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,9% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,9% yüksəlib
# 08 avqust 2012 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 13 169 bəndədək, S&P 500 0,5% - 1 401 bəndədək, Nasdaq isə 0,9% - 3 016 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə investorlar arasında Avrozona ölkələrinin dövlət borcları ilə bağlı mənfi ehtimalların azalması təsir edib.

Avropa fond bazarlarında avqustun 7-də FTSE 100 indeksi 0,6% - 5 841 bəndədək, Almaniya DAX-ı 0,7% - 6 968 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 453 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% artaraq 1 612,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2393 (-0,05%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR