Bank Of Baku

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,04%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,1% enib, S&P 500 0,04%, Nasdaq 0,2% yüksəlib
# 10 avqust 2012 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 164 bəndədək enib, S&P 500 0,04% - 1 403 bəndədək, Nasdaq isə 0,2% - 3 018 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına ABŞ və Çinlzrb makroiqtisadi statistika təsir edib. Belə ki, ABŞ-da ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayının əvvəlki həftəyə nisbətən azalması barədə məlumat bazara müsbət, Çində pərakəndə ticarət dövriyyəsi və inflyasiya üzrə statistikanın proqnozlardan geri qalması barədə məlumatlar isə mənfi təsir göstərib.

Avropa fond bazarlarında avqustun 9-da FTSE 100 indeksi 0,1% - 5 852 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,02% - 6 965 bəndədək enib, Fransa CAC-40-ı 0,5% - 3 457 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 616,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2296 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR