Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,1% yüksəlib
# 13 avqust 2012 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 208 bəndədək, S&P 500 0,2% - 1 406 bəndədək, Nasdaq isə 0,1% - 3 021 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-da fond indekslərinin dinamikasına Çin üzrə zəif makroiqtisadi statistika təsir edib.

Avropa fond bazarlarında avqustun 10-da FTSE 100 indeksi 0,1% - 5 847 bəndədək, Almaniya DAX-ı 0,3% - 6 945 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 436 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 622,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2290 (-0,05%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR