Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,05% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,1% enib, Nasdaq 0,05% yüksəlib
# 14 avqust 2012 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 169 bəndədək, S&P 500 0,1% - 1 404 bəndədək enib, Nasdaq isə 0,05% - 3 023 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında avqustun 13-də FTSE 100 indeksi 0,3% - 5 832 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 910 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 426 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 614,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2345 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR