Bank Of Baku

Dow Jones indeksi 0,02% yüksəlib, S&P 500 0,01%, Nasdaq 0,2% enib

Dow Jones indeksi 0,02% yüksəlib, S&P 500 0,01%, Nasdaq 0,2% enib
# 15 avqust 2012 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 13 172 bəndədək yüksəlib, S&P 500 0,01% - 1 404 bəndədək, Nasdaq isə 0,2% - 3 017 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına daxili və xarici makroiqtisadi göstəricilər təsir edib. Belə ki, iyul ayında ABŞ-da pərakəndə ticarət dövriyyəsinin aylıq müqayisədə 0,2% artdığı məlum olub. Bu isə proqnozlardan 4 dəfə artıq olub. Bundan əlavə, Fransada ÜDM-in II rübdə I rübə nisbətən dəyişməməsi, ötən ilin II rübünə nisbətən isə 0,3% artması da bazara təsir edib.

Avropa fond bazarlarında avqustun 14-də FTSE 100 indeksi 0,6% - 5 865 bəndədək, Almaniya DAX-ı 0,9% - 6 974 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 450 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 603,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2322 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR