Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 1,0% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 1,0% yüksəlib
# 17 avqust 2012 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 13 251 bəndədək, S&P 500 0,7% - 1 416 bəndədək, Nasdaq isə 1,0% - 3 062 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına müsbət daxili makroiqtisadi statistika təsir edib. O cümlədən, məlum olub ki, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı 2 min artıb ki, bu da proqnozlardan 2 dəfə azdır. Bundan başqa iyul ayında tikintiyə icazələrin sayı iyunla müqayisədə 6,8%, ötən ilin iyul ayına nisbətən isə 29,5% artaraq 812 minə çatıb ki, bu da 2008-ci ilin avqust ayından sonra ən yüksək göstəricidir.

Avropa fond bazarlarında avqustun 16-da FTSE 100 indeksi 0,03% - 5 835 bəndədək, Almaniya DAX-ı 0,7% - 6 996 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 481 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 617,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2342 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR