Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,4%, Nasdaq 0,3% enib
# 22 avqust 2012 06:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 204 bəndədək, S&P 500 0,4% - 1 413 bəndədək, Nasdaq isə 0,3% - 3 067 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına korporativ xəbərlər və hesabatlar təsir edib.

Avropa fond bazarlarında avqustun 22-də FTSE 100 indeksi 0,6% - 5 858 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 089 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 513 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% artaraq 1 640,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2466 (+1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR