Bank Of Baku

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,02%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,02%, Nasdaq 0,2% yüksəlib
# 23 avqust 2012 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 173 bəndədək enib, S&P 500 0,02% - 1 414 bəndədək, Nasdaq isə 0,2% - 3 074 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına korporativ hesabatlar təsir edib.

Avropa fond bazarlarında avqustun 22-də FTSE 100 indeksi 1,4% - 5 774 bəndədək, Almaniya DAX-ı 1,0% - 7 017 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 462 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% artaraq 1 667,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2542 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR