Bank Of Baku

AGBI indeksi 0,9924, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9924, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 27 avqust 2012 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0077 bənd və ya 0,8% azalaraq avqust ayının 27-nə 0,9924 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin azalması bazar kapitallaşmasının azalması nəticəsində baş verib. Belə ki, avqustun 24-də həcmi 3 mln. manat olan bir dövlət istiqrazları buraxılışı dövriyyədən çıxarılıb, 2 mln. manatlıq buraxılış isə yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR