Bank Of Baku

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 1,1% enib
# 31 avqust 2012 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 13 001 bəndədək, S&P 500 0,8% - 1 400 bəndədək, Nasdaq 1,1% - 3 049 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına əmək bazarına dair statistik göstəricilər təsir edib.

Avropa fond bazarlarında avqustun 30-da FTSE 100 indeksi 0,4% - 5 720 bəndədək, Almaniya DAX-ı 1,6% - 6 896 bəndədək, Fransa CAC-40-ı 1,0% - 3 391 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 657,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2519 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR