Bank Of Baku

Avropa fond indeksləri yüksəlib

Avropa fond indeksləri yüksəlib
# 04 sentyabr 2012 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 3-də Avropa fond bazarlarında FTSE 100 indeksi 0,8% - 5 758 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 015 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 454 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, Avropa fond indekslərinin yüksəlməsinə Federal Ehtiyat Sistemi tərəfindən zərurət yarananda iqtisadiyyata əlavə dəstək verməyə hazır olduğu barədə bəyanatlar təsir edib.

Qeyd edək ki, sentyabrın 3-də Əmək Günü münasibəti ilə Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günün nəticəsində Dow Jones indeksi 0,7% - 13 091 bəndədək, S&P 500 0,5% - 1 407 bəndədək, Nasdaq 0,6% - 3 067 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 697,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2617 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR