Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,1% enib, Nasdaq 0,3% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,1% enib, Nasdaq 0,3% yüksəlib
# 05 sentyabr 2012 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 13 036 bəndədək, S&P 500 0,1% - 1 405 bəndədək enib, Nasdaq 0,3% - 3 075 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına müxtəlif amillər təsir edib. Belə ki, ölkənin sənaye sektoru üzrə statistika bazara mənfi, Apple şirkətinin bu yaxınlarda yeni nəsil iPhone smartfonun təqdim edəcəyi barədə elanı isə müsbət təsir göstərib ki, nəticədə bazarda vahid dinamika müşahidə olunmayıb.

Avropa fond bazarlarında sentyabrın 4-də FTSE 100 indeksi 1,5% - 5 712 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 933 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 399 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 694,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2540 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR